ABŞ prezidenti 2012-ci ildən bəri Yəmənin daxili vəziyyətilə əlaqədar fövqəladə vəziyyət barədə təyin etdiyi qərarın daha bir il uzadılmasını tapşırıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Co Bayden dünən axşam (14 may) Konqresə yazdığı məktubda deyib: Biz beynəlxalq qanunlar çərçivəsində Amerikanın 2012-ci ildə 13611 saylı icraçı fərmanına əsasən Yəməndəki siyasi vəziyyətlə əlaqədar fövqəladə rejim təyin etdik və Yəmən daxilində stabillik, sülh və əmin-amanlığı təhdid edən qüvvələrlə mübarizə məqsədilə bu vəziyyəti daha bir il uzatmaq qərarına gəldik.
Co Bayden daha sonra deyib: Yəmən hökumətinin bir neçə sabiq üzvü və digər şəxslərin fəaliyyət və siyasəti Yəmənin dincliyi, təhlükəsizlik və sabitliyi üçün təhlükə yaratmaqda davam edir. Eyni zamanda onlar sülh prosesinə və 2011-ci il 23 noyabr tarixində Yəmən hökuməti və müxalifəti arasında imzalanmış sülh sazişinin reallaşdırılmasına maneəçilik törədirlər.
2 şərhlər
He uses the overall Market capitalization-to-GDP ratio to indicate relative value of the stock market in general, hence this ratio has become known as the “Buffett indicator”.
The key is to think about how you can enable your business to grow.