Tez-tez sözləri qarışdırması və unutqanlığı ilə tanınan ABŞ prezidenti Co Bayden yenə maraqlı açıqlama verib.
Bayden ailəvi və tibbi məzuniyyət haqqında qanunun 30-cu ildönümü ilə bağlı çıxışı zamanı administrasiyasında çalışan işçilərdən bəhs edib.
“Kabinetimdəki qadınların, kabinet üzvlərinin yarıdan çoxu, administrasiyamdakı qadınların yarıdan çoxu qadınlardır”, – deyə o qeyd edib.
Baydenlə birlikdə jurnalistlər qarşısında ABŞ-ın keçmiş prezidenti Bill Klinton da çıxış edib. O, öz növbəsində Baydenin unutqanlığı ilə bağlı zarafat edib.