ABŞ prezidenti Co Bayden Texas ştatının Allen şəhərində yerləşən ticarət mərkəzi yaxınlığında baş verən silahlı insidentdən sonra Konqresdən şəxsi silahlara məhdudiyyət və qadağalar qoyulması barədə layihənin hazırlayaraq təsdiqləməsini istəyib.
Əl aləm telekanalının məlumatına əsasən, Co Bayden Tweeter hesabında yazıb: Konqres bir daha vətəndaşların yüksək potensiallı silahların daşınması barədə qanuna baxış keçirməli, təhlükəsiz saxlanılma və silah istehsalçılarının toxunulmazlığına dair qaydalar barədə mənə məlumat verilməlidir. Mən dərhal bu qanunu imzalayacağam. Küçələrimizi qorumaq üçün bizim bu layihəyə ehtiyacımız var.
ABŞ prezidenti həmçinin yazıb: Mən və həyat yoldaşım hadisədə ölənlərin ailələri və yaralılar üçün dua edəcəyik. Belə bir kobudluq doğrudan da sarsıdıcıdır. Bizim insanları qorumaq üçün üçün ciddi tədbirlər görməmiz gərəkdir.