Politico jurnalı ABŞ-İsrail münasbətlərinin vəziyyəti barədə yazdığı məqalədə Bayden dövlətinin Tel Əvivə dəstəyə üstünlük verməsini analiz edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Politico yazır: Vaşinqton son günlərdə İsrail rejiminin Dünya Mərkəzi Mətbəx Təşkilatı əməkdaşlarına hücumlarına rəğmən, sadəcə bir bəyanat yaymaqla kifayətləndi və Tel Əvivə dəstək olmağa üstünlük verdi. Halbuki bu hücumdan sonar beynəlxalq ictimaiyyət qəzəblənərək ayağa qalxıb İsrail rejiminin Qəzzə cinayətlərini pisləyirdi. Co Bayden dövləti isə sadə bir məsələ kimi bir bəyanatla mövzunun üzərindən ötüb keçdi.
Xatırldaq ki, ötən çərşənbə axşamı (2 aprel) səhər saatlarında Qəzza zolağının Deyr əl-Bələh bölgəsinə endirilən hava hücumu nəticəsində Dünya Mərkəzi Mətbəx (WCK) təşkilatı üzləri həlak olub.
ABŞ prezidenti Co Bayden, hadisədən sonra İsrail tərəfindən Qəzzada beynəlxalq yardım təşkilatı World Centre Kitchen işçilərinin öldürülməsini “faciə” kimi qiymətləndirərək demişdi ki, “Həqiqətən Qəzzada humanitar yardımın paylanması çətindir, çünki İsrail xalqı müdafiə edən təcili yardım işçilərini qorumaq üçün lazım olanı etmir.