ABŞ prezidenti Co Bayden Cənubi Karolinada Demokratlar Partiyasının şam yeməyi zamanı özü ilə sələfi Donald Trampı səhv salıb.
O, keçmiş ABŞ liderini “hazırkı prezident” kimi qələmə verib.
“Biz tezliklə ABŞ istehlakçılarının iqtisadiyyata real inamı bərpa edəcəyinə dair real sübutlar görəcəyik. Bunu daha kimin görəcəyini bilirsiniz: Donald Tramp. O, iqtisadiyyatın bu il çökməsini istədiyini deyib. Hazırkı prezident, Tanrı məni bağışlasın”, – Bayden deyib.
Bundan sonra ABŞ lideri yenidən Trampı “keçmiş prezident” adlandırmağa başlayıb.