ABŞ Prezidenti Co Bayden çıxışı zamanı Almaniyanın keçmiş kansleri Angela Merkeli Almaniyanın mərhum baş naziri Helmut Kolla səhv salıb.
Məlumata görə, hadisə Demokrat Partiyasının donorları qarşısında çıxışı zamanı, ABŞ lideri Böyük Britaniyada keçirilən G7 sammitində Merkellə 2021-ci il dialoqu haqqında danışarkən baş verib. Onlar 2021-ci il fevralın 6-da ABŞ-nin keçmiş prezidenti Donald Trampın tərəfdarlarının Kapitoliyə soxulmaları zamanı baş verən hadisələri müzakirə ediblər. ABŞ lideri Almaniya kanslerlərinin kimliyini qarışdırıb.
“Sonra Helmut Kol mənə tərəf dönüb dedi: “Cənab prezident, əgər siz “London Times” qəzetini götürsəniz və min nəfərin Britaniya parlamentinin qapılarını sındıraraq yeni baş nazirə vəzifəyə gəlməyinə icazə vermədiyini bilsəniz, nə edərdiniz?”, – deyə ABŞ lideri soruşub.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bu yaxınlarda Fransa prezidenti Fransua Mitteranla da (1996-cı ildə vəfat edib) danışdığını bildirmişdi.
1 şərh
Thank you for the auspicious writeup. It, in fact, was an amusement account. Look advanced to far added agreeable from you. However, how can we communicate?