ABŞ-nin keçmiş prezidenti Barak Obamanın Rusiyaya səfərlərinə qadağa qoyulub. Belə ki, onun adı müvafiq “qara siyahı”ya əlavə edilib.
Bu barədə cümə günü Rusiya Xarici İşlər Nazirliyinə yaxın mənbələrə istinadən məlumat yayılıb.
Məlumata görə, bu, ABŞ-ın anti-Rusiya sanksiyalarına cavab olaraq atılmış addımdır.