Balıq tutmaq üçün qayıqla Türkiyənin Kastamonu vilayətinin sahillərindən dənizə çıxan şəxslər pis hava şəraiti ilə əlaqədar geriyə qayıtmaq məcburiyyətində qalıblar.
Lakin sahilə az qalmış qayığın mühərriki sıradan çıxıb.
Nəticədə xilas olmaq üçün balıqçılar qayıqdan tullanmaq məcburiyyətində qalıblar.
Onlar üzərək sahilə çıxa biliblər və dərhal müayinədən keçmək üçün xəstəxanaya aparılıblar.