Rusiya Federasiyasında Primoryedə Artemovka çayında balıqçıların təxminən on avtomobili buzun altında qalıb, itki yoxdur.
Ondan çox maşın ərimiş buzun üzərində dayanıb. Su praktiki olaraq gövdəyə çatır. Artıq dizə qədərdir və şaxta vursa, maşınlar işə düşməyəcək. Avtomobilləri oradan çıxarmaq mümkün olmayıb.
Hazırda Primoryedə temperaturun dəyişməsi və havanın mənfi 3-0 dərəcəyə qədər istiləşməsi müşahidə olunur. Buna görə də, “sakit ovçuluq” həvəskarları daha aktivləşib, çölə çıxır və ya balıq ovuna gedirlər. Xilasedicilər müntəzəm olaraq nazik buz üzərində çölə çıxmağın təhlükəli olduğunu xatırladan reydlər keçirirlər.
