Vətən müharibəsi qazisi vəfat edib.
Balakən rayonu, İtitala kənd sakini Osmanov Zamir Şakir oğlu Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Mərhumun cənazəsi bu gün Balakənə aparılaraq ailəsinə təhvil verilib.
Bu zaman oğlunun ölüm xəbərini eşidən anası Esma Çiliyevanın da ürəyi dayanıb.
Z. Osmanov bu gün doğulduğu kənddə torpağa tapşırılıb.
Esma Çiliyeva isə sabah dəfn ediləcək.