Bakıdakı bu binada daha bir qadın özünü atdı.
“Akkord”un Bakıanov yaşayış kompleksindəki 5-ci binada qadın özünü yaşadığı binadan ataraq intihar edib.
Bu hal son 3 ayda 3-cü dəfə baş verib. Belə ki, son 3 ayda 3 nəfər bu kompleksdəki mənzilindən özünü ataraq intihar edib. İntihar edən qadın az qalsın həyətdəki sakinlərin başına düşəcəkmiş.
Qeyd edək ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qadının meyiti məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.