Bakıda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Bu barədə oxuculardan biri müraciət edib. Belə ki, 77-DA-278 dövlət nömrə nişanlı, “Nissan” markalı avtomobilin sürücüsü paytaxtın Cəfər Xəndan küçəsində əks istiqamətli yola çıxaraq avtoyuma məntəqəsinə daxil olmaq istəyir.
Bu zaman qarşıdan gələn avtomobilin üzərinə sürür. Digər sürücü siqnal işığı versə də ikinci buna ümumiyyətlə məhəl qoymur.
Qeyd edək ki, sükan arxasında yüksək rütbəli məmurun əyləşdiyi idda olunur.
Videonu təqdim edirik: