Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş, 29 kitab müəllifi, Quranın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb.
Bu barədə Yenisabah.az-a Fazil İsmayılovun qonşuları məlumat veriblər. Onlar bildiriblər ki, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib.
Alimin kitabxanasında 5 mindən artıq kitabının olduğu bildirilir.
Fazil İsmayılov açıqlamasında haqqında yayılan xəbərləri təsdiqləyib. Alim üzləşdiyi durumu “faciə” adlandıraraq, bu barədə ətraflı danışmaq istəməyib.
Fazil İsmayılovun kömək üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir.
1 şərh
Simply wish to say your article is as amazing The clearness in your post is just nice and i could assume youre an expert on this subject Well with your permission let me to grab your feed to keep updated with forthcoming post Thanks a million and please carry on the gratifying work