Bir müddət əvvəl paytaxtın Akim Abbasov küçəsindən sola – Həsən bəy Zərdabi küçəsinə dönmə qadağan edilib. Yolayrıcında quraşdırılmış kamera vasitəsilə sürücülərə protokol tərtib edilməsinə baxmayaraq bəzi sürücülər bu qaydadan hələ də xəbərsizdir.
Akim Abbasov küçəsindən aşağı “Lider” televisiyası istiqamətinə gedən edən sürücülər yalnız düzünə və sağa hərəkət edə bilərlər. “3 tac” binası deyilən yolayrıcından sola dönən sürücülər barəsində kamera vasitəsilə 40 manat cərimə tərtib edilir.