Bakıda “qoçu” xanım sürücü peyda olub. Hadisə Bakı-Sumqayıt yolunda (Masazır dairəsində) baş verib. Belə ki, 77-AF-960 qeydiyyat nişanlı “Mazda” markalı avtomobilin sürücüsü öncə manevr qaydasını pozaraq görüntünü qeydə alan sürücüyə maneə yaradıb. Sürücü təhlükə yarandığını görən zaman ona səs siqnalı ilə xəbərdarlıq edib. Bundan qəzəblənən xanım sürücü görüntünü qeydə alan avtomobilin arxasınca gedərək onun qarşısını kəsib, daha sonra avtomobilin banına zərbələr endirib.
Sürücü buna əhəmiyyət verməyib yoluna davam etsə də, xanım sürücü bu hərəkəti davamlı şəkildə törətməyə başlayıb.
“Qoçuluq” edən qadın sürücü barəsində araşdırma başladılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsindən bildirilib ki, sosial şəbəkədə yayılan videogörüntülərdən məlumatlıdırlar:
“Məsələ tərəfimizdən araşdırılır. Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Sözügedən videonu təqdim edirik: