Bakının mərkəzində sürücü yol qaydalarını kobud şəkildə pozub.
Paytaxtın Mirzəağa Əliyev və Füzuli küçəsinin kəsişməsində “Mercedes” markalı avtomobil arxa-arxaya hərəkət edib. Görüntüdən də aydın olur ki, sürücü ətrafda olanların həyatını təhlükəyə atıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirdi ki, sürücü həqiqətən də ətrafda olan insanların həyatını təhlükəyə atıb.
“Çox güman ki, sürücünün bu yola necə girdiyi aydınlaşdırılmalıdır. Bu istiqamətdə sürücünün nəqliyyat vasitəsinin geri hərəkət etdirərkən təhlükəsizlik tədbirləri görülməlidir. Bizim tərəfimizdən raport tərtib ediləcək. Həmin sürücünün aşkarlanması üçün tədbirlər görüləcək”, – deyə Vaqif Əsədov bildirib.
Bunun görüntülərini təqdim edirik: