Bakıda sərnişinlərə komfort temperatur şəraitində avtobusun gəlməsini gözləməyə imkan verən ilk kondisioner (soyutma) sistemi olan avtobus dayanacağı istifadəyə verilib.
Avtobus dayanacağı Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində, “Memar Əcəmi” metrostansiyasının çıxışının yanında, pilot Hüseynbala Əliyevin adını daşıyan küçədə quraşdırılıb.
Dayanacağın quraşdırılması paytaxtın İcra Aparatı yanında Bakı Nəqliyyat Agentliyinin təşəbbüsüdür.
