Respublika Neyrocərrahiyyə Xəstəxanasında iki yaşlı körpənin həkim nəzarətsizliyi nəticəsində öldüyü iddia olunur.
Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə yol-nəqliyyat hadisəsi zamanı körpənin xəsarət alması səbəbindən baş verib:
“Yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər alan 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) 13.06.2024-cü il tarixində saat 22:00-da huşsuz vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti ağır qiymətləndirilən azyaşlı dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, instrumental müayinələr aparılıb və zəruri tibbi xidmətlər göstərilib.
Təəssüf ki, reanimatoloji tədbirlərə baxmayaraq, azyaşlının 14.06.2024-cü il tarixində saat 02:30-da posthemorragik şok, baş beynin ağır dərəcəli əzilməsi, kəskin ürək-qan dövranı, tənəffüs pozuntuları diaqnozları ilə ölüm faktı qeydə alınıb”.