Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə bir nəfərin Bakı şəhərinin Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən doqquzmərtəbəli binanın eyvanından ətrafa əşyalar atması barədə məlumat daxil olub.
Qurumdan verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Xilasedicilər tərəfindən əməliyyat şəraitinə uyğun olaraq binanın ətrafında təhlükəsizlik tədbirləri görüldükdən sonra, müvafiq vasitələrin köməyi ilə mənzilin qapısı açılıb və ev əşyalarını ətrafa ataraq təhlükə yaradan vətəndaş, 1983-cü il təvəllüdlü Nazilə Tahir qızı Bədirova hadisə yerində olan aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib.
14:12
Paytaxtın Nərimanov rayonunda qəribə hadisə baş verir.
Bu barədə görüntüləri Baku.ws yayıb.
Bildirilib ki, Azadlıq prospekti 116 ünvanında 41 yaşlı qadın məişət əşyalarını mənzildən aşağı atıb.
O, hadisə yerinə gələn polis əməkdaşları üçün mənzilin qapısını açmayıb. Baş verə biləcək intihar hadisəsinin qarşısını almaq məqsədilə əraziyə FHN-in xilasediciləri cəlb olunublar.
Hadisə yerindən görüntüləri təqdim edirik:
1 şərh
Awesome article. You are a very good author. It was a real pleasure to read.