Paytaxtın Səbail rayonunda yerləşən gecə klublarından birində insident baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin açıqlamasında bildirib ki, hadisə ötən il baş verib və bir nəfər yüngül xəsarət alıb:
“Faktla bağlı rayon polis idarəsində müvafiq maddələrlə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir”.
Məlumata görə, Sahil bağı ətrafında yerləşən kluba üç nəfər bıçaqla daxil olmaq istəyib.
Gecə klubunun mühafizəçisi onları kluba buraxmaq istəməyəndə dava düşüb. Nəticədə üç nəfər bıçaqlanıb.
Həmin görüntüləri təqdim edirik: