Bakının Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında 13 yaşlı yeniyetmə üçüncü mərtəbədən yıxılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2009-cu il təvəllüdlü vətəndaş ehtiyatsızlıqdan beşmərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq birinci mərtəbənin eyvanının artırma hissəsinin beton örtüyünün üzərinə düşərək köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə vətəndaşı aşağı düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.