Xətai rayonu, Babək prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Hadisə zamanı “KİA Optima”, “Nissan Kicks” və BMW markalı avtomobillər toqquşub.
Məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik: