Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində daha bir bina qəzalı vəziyyətdədir.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, 8 Noyabr prospekti, 92 ünvanında yerləşən üçmərtəbəli bina qəzalı vəziyyətdədir və hər an uçma təhlükəsi var.
Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, sözügedən bina qəzalı vəziyyətdədir və istismar müddəti bitib:
“Bildiyiniz kimi, ötən il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qəzalı binalarla bağlı komissiya yaradılıb. Rayon İH tərəfindən də istismar müddəti bitən binaların siyahısı çıxarılıb. O cümlədən bizim qurum da bu addımı atıb. 8 Noyabr prospekti, 92 ünvanında yerləşən üçmərtəbəli bina da qeydiyyata alınıb. Bu məsələlərə baxılır, tədbirlər görüləcək”.
1 şərh
I’ve been searching for hours on this topic and finally found your post. baccaratsite, I have read your post and I am very impressed. We prefer your opinion and will visit this site frequently to refer to your opinion. When would you like to visit my site?