Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var. Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Məlumata görə, hadisə zamanı bir neçə minik avtomobili toqquşub.
Hadisə yerinə FHN-in xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.
Baş DYP İdarəsinin verdiyi məlumata görə, Paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər dünyasını dəyişib 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.
Baş verən ağır qəzada xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Həmin şəxslərin adları aşağıdakı kimidir:
Əliyev Mürsəl İsmayıl oğlu (2002);
Aslanov Qismət Eyyub oğlu (1956);
Atakişiyev Nəsib Nəsib oğlu (1981);
Məmmədova Ofeliya İsmayıl qızı (2002);
Əlizadə Nicat Ramil oğlu (2001);
Əliyev Orxan İqbal oğlu.
Qəza nəticəsində ölən şəxs isə Yusifli Yusifdir.
