Bakıda qadın sevgilisi tərəfindən küçənin ortasında 9 bıçaq zərbəsi alıb.
Hadisə zamanı naməlum şəxs “77-CZ-316” dövlət nişanlı avtomobillə hadisə yerindən qaçıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Yaxınlıqdakı xəstəxənaya yerləşdirilən qadın əməliyyat edilib və hazırda vəziyyətinin stabil olduğu deyilir.