Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb.
FHN-dən verilən məlumata görə, yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 40 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 7 kvadratmetr sahədə, mətbəx mebeli 3 p.m, 1 ədəd paltaryuyan və 1 ədəd kondisioner qismən yanıb.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.