Bakının Buzovna çimərliyində iyrənc, eyni zamanda təhlükəli vəziyyət yaranıb. Belə ki, ləpədöyəndə uzun bir zolaq neft tullantıları ilə çirklənib.
Məsələ ilə əlaqədar sakinlər şikayət edir.
Videodan da göründüyü kimi, Buzovna çimərliyinin “BuzBar” adlandırılan ərazisindəki çirklilik nəzərəçarpacaq dərəcədədir. Bəzi sakinlər isə iyrənc mənzərəyə baxmayaraq, dənizə girməkdən çəkinmirlər.