Yasamalda banka hücum edən şəxsin zərərsizləşdirilmə anının götüntüsü yayılıb.
Qeyd edəki ki, bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib. Həmin vaxt xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.
Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı araşdırma aparılır.