Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza paytaxtın Səbail rayonu ərazisində olub.
Belə ki, Bayraq meydanı yaxınlığında “Volksvagen Passat” markalı avtomobil yolu keçən gənc velosipedçini vurub.
Şahidlərin ifadəsinə görə, 16-17 yaşında olan gəncin vəziyyəti ağırdır.