Bakıda “AA” seriyalı avtomobilin sürücüsü təhlükəli vəziyyət yaradaraq hərəkətin tam olaraq əksinə çıxıb.
Hadisə dünən Mikayıl Useyinov küçəsində Bayraq Meydanının qarşısında baş verib. Belə ki, “Toyota Camry” markalı, 99-AA-048 dövlət nömrə nişanlı avtomobilin sürücüsü nəqliyyat axınının qarşısına çıxaraq olduqca təhlükəli bir vəziyyət yaradıb. Yolun nə sağına, nə soluna keçmədən tən orta ilə digər avtomobillərin üzərinə şığıyıb. Xoşbəxtlikdən heç bir qəza baş verməsə də sürücü bununla digərlərinə qarşı böyük təhlükə yaratmaqla kobud qayda pozuntusuna yol verib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən bu sürücünü 100 manat, 4 bal cərimə gözləyir. Amma etdiyi hərəkətə görə ictimai qınağa cəlb olunması da vacibdir. Beləliklə həmin sürücünün törətdiyi xətanın görüntülərini təqdim edir.
Xatırladaq ki, sözügedən avtomobil “Mudo Concept” MMC-yə məxsusdur.