Martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Arif oğlu Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Əli Həmid oğlu Heybətov saxlanılaraq istintaqa təhvil verilib.
Sözügedən görüntüləri təqdim edirik: