Səhər saat 06:55 radələrində Bakı-Sumqayıt yolunun 10-cu kilometrində baş verən qəzaya səbəb sürücünün yuxulaması olub”.
Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsindən bildirilib.
“Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Nəqliyyatın hərəkəti tənzimlənib”, – deyə məlumatda qeyd edilib.
Qəza Abşeron rayonu, Xırdalan şəhəri yaxınlığındakı körpünün altında baş verib. Yoldakı tunelin divarlarına çırpılan yük maşını aşıb.
İlkin məlumata görə, ölən və yaralanan olmayıb.