Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes Vito” markalı avtomobillə TIR toqquşub. Hadisə zamanı “Mercedes Vito”da altı nəfər ölüb, TIR sürücüsü isə xəsarət alıb.
Toqquşma nəticəsində dünyasını dəyişən şəxslərdən beşinin kimliyi məlum olub.
Qəzada ölən 5 nəfər aşağıdakılardır:
1. 1986-ci il təvəllüdlü Kamran Məmmədşah oğlu Məmmədov
2. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov
3. Yasamal rayon sakini İlqar Musayev
4. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Alik Balakişiyev Yusif oğlu.
5. Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlu
Hadisə zamanı dünyasını dəyişən daha bir nəfərin də kimliyi dəqiqləşdirilir.
Ölənlərin meyitləri Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində tibbi ekspertizadan keçirilir.
Bununla yanaşı, yol qəzasında xəsarət alan TIR sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam etdirilir.
Vəfat edənlər dəmir yolu xəttinin çəkilməsində iştirak edən podratçı şirkətin əməkdaşları olublar.