Dünən səhər saatlarında “Bakı Metropoliteni”nin “Elmlər Akademiyası” stansiyasında adı çəkilən qurumun əməkdaşı ölüb.
Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki 1965-ci il təvəllüdlü Eldar Süleymanov özünü pis hiss edib və o, həyatını itirib.
Məlum olub ki, qurum işçisi “qəzəl videosu” ilə məşhurlaşmış şəxs olub.
Uzun müddət onun “Həyatda vurdun bir-birinə” şeiri sosial medialarda və real həyatda zarafat kimi işlənib. Həmçinin reklam şirkətləri onun sözlərindən və görüntüsündən istifadə edib.