Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib. Yük daşıyan kranın aşması nəticəsində bir nəfər ölüb. Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. TƏBİB-dən bildirilib ki, aeroport ərazisindəki anqarda baş vermiş hadisə ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Əraziyə tibbi briqada cəlb olunub. Faktla bağlı araşdırma aparılır.