QafqazTimes xəbər verir ki, İraq mediası Bağdadın Əl-Mahmudiyyə məntəqəsində naməlum əşyanın partlaması nəticəsində iki uşağın öldüyü, bir uşağın isə yaralandığı barədə məlumat yayıb.
“Dəclə Nyus” telekanalının məlumatına görə, bir təhlükəsizlik rəsmisi Bağdadın cənubundakı Əl-Mahmudiyyə bölgəsində naməlum əşyanın partlaması nəticəsində iki uşağın öldüyünü, bir uşağın isə yaralandığını qeyd edib.
Onun sözlərinə görə, əşya Əl-Mahmudiyyə hərbi bölgəsinin zibilliyində olan plastik torbanın içərisində olub. Bu naməlum əşyanın partlaması uşaqlar zibillikdə oynayarkən baş verib.
Əl-Mahmudiyyə şəhərciyi İraq paytaxtının cənubunda yerləşən Bağdadın ən yoxsul bölgələrindən biridir.