Qafqaztimes xəbər verir ki, İraqın paytaxtı 1 yanvar, şənbə günü İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Sərdar Qasim Süleymani və Həşdu-Şabinin rəis müavini Əbu Mehdi əl-Mühəndisin şəhadətinin ikinci ildönümü ilə əlaqədar milyonlarla insanın iştirak etdiyi mitinqə şahidlik edib. Qeyd edək ki, müqavimət komandirləri ABŞ-ın o zamankı prezidenti Donald Trampın birbaşa göstərişi ilə 2020-ci il yanvarın 3-də səhər saatlarında Bağdad hava limanına gedən yolda terror edilmişdilər.
“Milyonların cavabı” adlanan mitinqdə Həşdu-Şabi təşkilatının rəhbəri Faleh əl-Fəyyaz anti-Amerika və sionist şüarlar altında çıxış edib. Toplantıda Fəth koalisiyasının rəhbəri Hadi əl-Amiri, İraq Milli Hərəkatının baş katibi Əkrəm əl-Kəbi, Milli Hikmət Hərəkatının rəhbəri Seyid Əmmar əl-Həkim və Əl-Ənbar vilayətinin əməliyyat komandiri Qasim əl-Muslih, İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Ərəci, İraq Sünni Üləma Dərnəyinin rəhbəri Xalid Əl-Məla, Babiliyyun briqadasının komandiri Rayan əl-Kəldani, Əsaib Əhl Əl-həqq-in baş katibi Qeys əl-Xəzəli də daxil olmaqla İraqın çoxlu sayda siyasi və müqavimət rəsmiləri iştirak ediblər.