Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Videogörüntüdə hadisənin bu gün saat 14 radələrində Babək körpüsündə baş verdiyi, nəticədə ölən və xəsarət alanların olduğu bildirilib.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi faktı təsdiqləyib.
