Beynəlxalq Əfv Təşkilatı sionist rejimin Haaqa Məhkəməsinin qərarına rəğmən Qəzzə zolağına humanitar yardımların çatdırılmasına mane olmaqla soyqırımı siyasətini davam etdirdiyini elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, BƏT bəyanat yayaraq İsrailin beynəlxalq qanunlara zidd mövqeyini tənqid edərək Qəzzədə acınacaqlı vəziyyətdə qalmış fələstinlilər üçün hətta ilkin tibbi yardım ləvazimatının belə çatdırılmasına mane olduğunu qeyd edib.
Bəyanatda vurğulanır: Sionist rejimin bombardmanlardan sonra qıtlıqdan əziyyət çəkən insanlara humanitar və tibbi yardımların çatdırılmasına maneçilik törətməsi genosid siyasətinin davamıdır. Halbuki İsrail bu hədəfində də uğursuzdur.
1 şərh
Türkiyenin En Ucuz Ve Güvenilir Takipçi Paneli Panelde.com.tr’ye hepinizi bekleriz ! İnstagram Takipçilerinden Spotify Dinlenmelerine Kadar Tüm Hizmetlerimiz Sorunsuz Ve Hızlıca Çalışmaktadır.