Bərdədə şənlikdə havaya 2 dəfə atəş açan şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə Mirzəxan kəndi ərazisində keçirilən şənlik zamanı havaya 2 dəfə atəş açılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Abdullayevin sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilərək saxlanılıb.
Ondan “Sayqa” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.