Bəhreyn paytaxtı Manamada son zamanlar İsveç və Danimarkada Qurani Kərim yandırılması və islam müqəddəslərinə hörmətsizliyə etiraz olarak aksiya keçirilib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Bəhreyn xalqı qərb ölkələrində islam müqəddəslərinə hörmətsizliyi pisləyən plakatlarla birlikdə şüarlar səsləndiriblər.
Həmçinin aksiyaçılar Bəhreyn şilərinin rəhbəri Şeyx İsa Qasimin fotosu ilə birlikdə onun Qurani Kərimin yandırılması ilə əlaqədar bəyanatını da əldə şüar tutublar.
Xatırladaq ki, İsveç Xarici İşlər Nazirliyi Qurana və ya hər hansı digər müqəddəs kitaba qarşı hərəkət, hörmətsizlik hesab olunduğunu, hökumət ekstremistlərin müsəlmanlarla qeyri-müsəlmanlar arasında təfriqə salmaq üzrə cəhdlərini kəskin tərzdə rədd etdiyini iddia etsə də Qurana hörmətsizlik bu ölkədə geniş şəkildə yayılmaqdadır.
İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin İsveçdəki nümayəndələri və İraqın Stokholmdakı səfirliyi bir məktubda İsveç krallığında Qurana qarşı çox sayda hörmətsizliyi şiddətlə pisləyiblər.