40 il işğalçı rejimin əsiri olmuş Fələstin Fəth Hərəkatı komitəsinin üzvü Kərim Yunis Əl-Aləm telekanalına müsahibə verib.
Əl-Aləm telekanalının məlumatına əsasən, Kərim Yunis tələbəlik illərində (1983) sionist rejim tərəfindən əsir götürülüb və həbs müddəti bitmədən yenidən haqqında cinayət işi açılaraq həbs illərinə əlavə edildiyi üçün 40 il həbsxanada qalıb.
Kərim Yunis bu müddət ərzində sionist rejimin bütün həbsxanalarını gəzib və olmadığı həbsxana yoxdur.
Onun sözlərinə görə 1985-ci ildə əsir mübadiləsi məsələsində də problemlər çıxdığı üçün həbsxanada ömürlük cəzadan uzunmüddətli cəza hökmü ilə işi yüngülləşdirilib.
40 illik əsir Benyamin Netanyahunun elə o zaman da əsir mübadiləsi memorandumlarından boyun qaçırdığını da vurğulayaraq deyib: Bəziləri əsir mübadiləsi maddəsi ilə azadlığa çıxsalar da təəssüflər olsun ki, mən 40 ildən sonra azad oldum.
Qeyd edək ki, 6 yanvar 1983-cü ildə İsrail tərəfindən ömürlük həbsə məhkum edilən daha sonra isə 40 il həbsdə qalması qəranına gəlinən Fələstinli Yunus 2023-cü il yanvarın 5-də azadlığa buraxılıb. O, prezident Mahmud Abbasın rəhbərlik etdiyi Fəth Hərəkatı Mərkəzi Komitəsinin üzvüdür.
1956-cı ilin dekabrında anadan olan və 27 yaşında həbs edilən Yunus 67 yaşında azadlığına qovuşub.