Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Maskla görüşüb.
Bu barədə nazir sosial şəbəkə hesablarında paylaşım edib.
“Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq”, – deyə R.Nəbiyev qeyd edib.