Füzulidə xidməti silahla ehtiyatsız davranan polis özünü öldürüb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə bu gün baş verib.
Füzuli RPŞ-nin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.