Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində imam və imam müavini vəzifələrinin tutulması üçün keçirilmiş müsahibələrdə uğur qazanan və təyinat alan din xadimləri ilə görüş keçirilib.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.
Mayın 11-də baş tutan görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı din xadimlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra din xadimlərinə tövsiyələrini verən M.Qurbanlı milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdə onların üzərinə düşən vəzifələrə diqqət çəkib. Bildirib ki, İslam dininin əsaslarının, məram və məqsədinin olduğu kimi cəmiyyətə çatdırılmasında, həm də ondan hansısa destruktiv məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasında din xadimləri aktivlik nümayiş etdirməli, mənfi tendensiyalara qarşı mübarizədə, ideoloji sahədə aparılan maarifləndirmə işlərində ön sıralarda yer almalıdırlar. Komitə sədri, həmçinin məscidlərdə vəhdət prinsipinə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvalarına əməl olunmasının vacibliyini vurğulayıb.
Din xadimləri öz növbələrində məscidlərə məhz bu qaydalar əsasında təyinatın həyata keçirilməsindən məmnunluqlarını ifadə edərək, imtahanların obyektiv və şəffaf təşkil edilməsindən razılıqlarını bildiriblər.
Sözügedən din xadimlərinin təyinatı və vəzifələri barədə məlumatı təqdim edirik:
1. Məhəmməd Həsən oğlu Verdiyev – Zaqatala rayonu, “Yengiyan” kənd məscidi (İmam müavini)
2. Asif Ərəstun oğlu Qulamov – Suraxanı rayonu, Qaraçuxur qəsəbə məscidi (İmam müavini)
3. Turab Əliqan oğlu Tahirov – Abşeron rayonu, “Aşağı Güzdək” qəsəbə məscidi (İmam müavini)
4. Məcid Ələsgər oğlu Səmədov – Saatlı şəhəri, “Şeyx Yusif” məscidi (İmam)
5. Saleh Zubeyir oğlu Babaşov – Qəbələ şəhəri, “Səkkizguşəli” məscidi (İmam müavini)
6. Pünhan Qasım oğlu Əbdürəhimov – İsmayıllı rayonu, Lahıc qəsəbəsi “Bədöyün” məscidi (İmam müavini)
7. Ramil Zakir oğlu Aslanlı – Yasamal rayonu, “Hacı Cavad” məscidi (İmam)
8. Cəlal Mövlan oğlu Əliməmmədov – Quba rayonu, “Hacı Hüseynli” kənd məscidi (İmam müavini)
9. Aftandil Kitab oğlu Qurbanov – Astara rayonu, Şuvi kənd məscidi (İmam müavini)
10. Vüqar Ələddin oğlu Qurbanov – Gəncə şəhəri, “Şah Abbas” məscidi (İmam)
11. Mərdalı Muxəmməd oğlu Mərcanov – Şamaxı rayonu, Qaleybuğurd kənd məscidi (İmam müavini)
12. Rahil Abdulbaği oğlu Əlicanov – Sabirabad rayonu, Kovlar kənd məscidi (İmam müavini)
13. Şahbaz Mirxas oğlu Yunusov – Cəlilabad rayonu, Həziabad kənd məscidi (Dini ayinlərin icraçısı-müəzzin)
14. Rəmzin Ruşan oğlu Bayramov – Masallı rayonu, Şıxlar kənd məscidi (İmam müavini)
15. Sobit Soliyeviç Xurşidov – Sabirabad rayonu, Əhmədabad kənd 2 №-li məscidi (Dini ayinlərin icraçısı-müəzzin)
16. Əbdülhüseyn Əbdülhəsən oğlu Mirzəyev – Sabunçu rayonu, Nardaran qəsəbəsi “Cümə” məscidi (İmam)
17. Seyid Kərim oğlu Kərimov – Qəbələ rayonu, “Böyük Pirəli” kənd məscidi (Dini ayinlərin icraçısı-müəzzin)
18. Rövşən İbrahim oğlu İbrahimov – Balakən şəhəri, “Mərkəzi Cümə” məscidi (İmam müavini)
19. Xizri Şaban oğlu Ömərov – Zaqatala rayonu, Car kənd məscidi (İmam müavini)
20. İsmət Aqil oğlu Talıbov – Zərdab rayonu, Qoruqbağı kəndi “Cümə” məscidi (İmam müavini)
21. Hafiz Adil oğlu Əskərov – Lənkəran rayonu, Girdəni kənd məscidi (İmam müavini)
22. Laçın Səməd oğlu Ağalarov – Qəbələ şəhər məscidi (İmam)
23. Seyran Akif oğlu Fərəczadə – Quba şəhəri, ”Cümə” məscidi (İmam)
24. Ruslan Əşrəf oğlu Ziyaddinov – Xaçmaz rayonu, Qaracəlli kənd məscidi (Dini ayinlərin icraçısı-müəzzin)
25. Azər Ağamir oğlu Səlimov – Şəki rayonu, ”Baltalı” kənd məscidi (Dini ayinlərin icraçısı-müəzzin)
26. Natiq Saday oğlu Qiyasov – Sabirabad rayonu, Muğan-Gəncəli 1 saylı kənd məscidi (Dini ayinlərin icraçısı-müəzzin)
27. Pərviz Çingiz oğlu Zülfüqarov – Qəbələ şəhəri, ”Cümə” məscid (Dini ayinlərin icraçısı-müəzzin)
28. Nəbi Nərman oğlu Məmmədov – İsmayıllı rayonu, ”Topçu” kənd məscidi (İmam müavini)
29. Rasəf Müsəf oğlu Rüstəmov – İmişli şəhəri, ”Məşədi Həbib” məscidi (İmam)