İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün 02 avqust 2022-ci ildə keçirilmiş müsahibənin nəticələri açıqlanıb.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən xəbər verilib.
Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb.
Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.
Nəticələrə əsasən 32 nəfərdən 23 nəfər müsahibəni keçib, 9 nəfər isə keçə bilməyib.