Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.
Orada cəza çəkən 1981-ci il təvəllüdlü Maksim Mehdi oğlu Əhmədov özünə qəsd edib.
O, şüşə qırığı ilə özünə xəsarətlər yetirərək, intihar edib.
Qeyd edək ki, M.Əhmədov 2021-ci il dekabr ayında Tovuzda törətdiyi cinayətə görə tutulubmuş.
Belə ki, həmin vaxt rayonun İbrahimhacılı kənd sakinləri – 1964-cü il təvəllüdlü Ənvər və 1960-cı il təvəllüdlü Fərman Alırzayev qardaşları mübahisə zəminində 1981-ci il təvəllüdlü Maksim Mehdi oğlu Əhmədov tərəfindən bıçaqlanıblar. Ürək nahiyəsindən bıçaq xəsarəti alan Ənvər ölüb.
Məhkəmənin qərarı illə, M.Əhmədov 18 il müddətinə azadlıqdan məhrum edilibmiş.