Azərbaycanda trenajor zalında faciə: məşhur idmançı öldü.
Biləsuvar rayonunda trenajor zalında ölüm hadisəsi baş verib.
Hadisə Biləsuvar şəhərində fəaliyyət göstərən idman zalında olub.
Belə ki, bura məşqə gələn, Biləsuvar şəhər sakini Əhmədov Azər Həsən oğlu trenajorda məşq edərkən qəfildən dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi deyilir.
Qeyd edək ki, 1973 – ci il təvəllüdlü Azər Əhmədov rayonda idmançı kimi tanınır. Gənc yaşlarından karate idman növü ilə məşğul olub. Bir neçə dəfə respublika çempionluğun əldə edib. İranda və Ukraynada keçirilən beynəlxalq yarışlarda kubok qaliblərindən olub. Məşqçi-müəllim kimi çalışıb.
Birinci Qarabağ müharibəsi veteranı olan A. Əhmədov son illər başqa sahədə çalışsa da, mütamadi idmanla məşğul olurdu.
Faktla bağlı araşdırma aparılır.