Azərbaycanda “N” saylı hərbi hissənin bölük komandiri həbs edilib.
Kapitan Ağamalı Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.
Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.