Bu görüntülər Biləcəri qəsəbəsində çəkilib. Məktəbli uşaqlara lotoreya satmaq qanunla qadağan olsa da buna məhəl qoyulmur.
“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, lotereya oyunlarının iştirakçıları üçün 18 yaş məhdudiyyəti tətbiq edilir.
Başqa sözlə, lotereya iştirakçısı 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibi ola bilər.